Zelenskidən Rusiya-Ukrayna müharibəsi ilə bağlı AÇIQLAMA

Zelenskidən Rusiya-Ukrayna müharibəsi ilə bağlı AÇIQLAMA
DÜNYA
11:45 09.08.2023
199
Rusiya ilə Ukrayna arasında müharibə davam etdiyi bir vaxtda Ukrayna lideri Volodimir Zelenski açıqlamalar verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Volodimir Zelenski Latın Amerikası mətbuat təşkilatlarına verdiyi müsahibədə cari məsələlərlə bağlı açıqlamalar verib.

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyaya qarşı hücumunun çətin və yavaş irəlilədiyini bildirib.

Əllərindəki silahların yetərli olmadığını və buna görə də döyüşməyin çox çətin olduğunu deyən Zelenski Rusiyanın Ukrayna ərazisini tərk etməli olduğunu vurğulayıb:

"Ukrayna Rusiya torpaqlarında müharibəni davam etdirməyi planlaşdırmır. Bizim heç vaxt belə bir hədəfimiz olmayıb. Biz öz torpaqlarımızı işğaldan xilas edəcəyik”, - deyə o açıqlamasında bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR