Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya ordusu yaxınlaşan qışdan əvvəl yeni hücumlara keçə bilər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın təxminən 7 həftəlik fasilədən sonra paytaxt Kiyevə raket hücumundan bir gün sonra danışan Zelenski ölkə xalqına xəbərdarlıq edib.
Zelenski deyib: "Düşmənin infrastrukturumuza pilotsuz təyyarələr və raket hücumlarını artıra biləcəyinə hazır olmalıyıq. Ukraynada diqqət müdafiəyə yönəldilməlidir. Rusiya ordusu ötən qış Ukraynada elektrik stansiyalarına və enerji ilə bağlı digər obyektlərə hücum dalğasına başlayıb. Geniş ərazini əhatə edən elektrik enerjisində fasilələr yaranıb. Digər tərəfdən, energetika naziri German Qaluşenko qarşıdan gələn qışdan sağ çıxmaq üçün kifayət qədər enerji ehtiyatlarına malik olduqlarını bildirib. Rusiya ötən həftə ölkənin infrastrukturunu 60 dəfə bombalayıb”.
Zelenski çıxışında Avdiyivka şəhərindəki müqaviməti "qəhrəmanlıq cəhdi” adlandırıb.
Ayşən