Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının Ukraynanın Aİ-yə daxil olması üçün danışıqlara başladığını rəsmən açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna lideri Volodimir Zelenski dünən verdiyi açıqlamada Avropa Şurasının Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq qərarına gəldiyini bildirərək deyib:
"Avropa Şurası bu həftə Ukraynanın Aİ-yə üzvlük danışıqlarına başlamaq qərarına gəldi. Biz bütün il boyu bunun üçün fəal işləmişik. Yaxın günlərdə Ukrayna və Avropa Komissiyası Ukrayna qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunluğunu qiymətləndirmək üçün yoxlama prosesinə rəsmi olaraq start verəcək”.
Yazda qəbul edilməsini gözlədiyi danışıqlar çərçivəsi üzərində işə başladıqlarını bildirən Zelenski deyib:
"Danışıqlar prosesi asan olmayacaq, amma önəmli olan odur ki, bizdə artıq tarixi bir əminlik var: Ukrayna həmişə belə olacaq. Bizimlə güclərini birləşdirən və lazımi Avropa qərarlarının qəbul edilməsində kömək edən hər kəsə minnətdaram”.
Ayşən