Rusiyada 70 yaşlı qadın Ukrayna prezidenti Volodimir Zelenskini "yaraşıqlı” adlandırdığı üçün məhkəmədə cərimələnib.
AZXEBER.COM xəbər verir ki, Moskvada yerləşən bir insan haqları təşkilatı Olqa Slegina adlı qadının Moskvada 5 dəqiqəlik dinləmə zamanı Zelenskinin yaraşıqlı olduğunu söylədiyi üçün 40 min rubl (9500 TL) cərimələndiyini bildirib.
Qadın hadisədən şoka düşdüyünü və nə baş verdiyini anlaya bilmədiyini bildirib.
Qeyd edək ki, Ukraynadakı işğaldan sonra Rusiyada qəbul edilən qanunla Rusiya ordusuna hörmətsizlik edənlərin həbs və pul cəzasına məhkum ediləcəyi nəzərdə tutulur.
Ayşən