Azərbaycan cüdoçusu Olimpiya Oyunlarının yarımfinalında

İDMAN
14:36 01.08.2024
235
Paris-2024 Olimpiadasında cüdo üzrə 100 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Zelim Kotsoyev növbəti dəfə qələbə qazanıb.

AZXEBER.COM xəbər verir ki, 1/4 mərhələdə İsrail təmsilçisi Peter Palçik üzərində qələbə təmsilçimizə yarımfinala vəsiqəni təmin edib.
 
13.29
 
Cüdo üzrə 100 kq çəki dərəcəsində son dünya çempionumuz Zelim Kotsoyev Paris-2024 Olimpiadasında 1/8 final mərhələsində polşalı Pyotr Kuçera ilə üz-üzə gəlib.

AZXEBER.COM xəbər verir ki, rəqibini məğlub edən Zelim Kotsoyev ¼ final mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.

OXŞAR XƏBƏRLƏR