Zəlzələ bölgəsində dağılmış binalarla bağlı aparılan araşdırmalar çərçivəsində 564 şübhəli müəyyən edilib, 160 nəfər həbs edilib.
AZXEBER.COM xəbər verir ki, Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə zəlzələlərdən zərər çəkən 11 vilayətdə sökülən və zonaya qarşı dəyişdirilən binalarla bağlı araşdırmalar davam edir.
Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində indiyədək 564 şübhəli müəyyən edilib.
Məsuliyyət daşıyan 160 şübhəli həbs edilib, 62 nəfər ifadəsi alındıqdan sonra sərbəst buraxılıb, 175 nəfər barəsində məhkəmə nəzarəti qərarı verilib. Hələ də 18 şübhəli həbsdə olsa da, 61 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. 6 şübhəlinin isə xaricdə olduğu müəyyən edilib.
Ayşən