Kocaelidə yaşayan evli və 5 uşaq atası Cəlal Yalçın adlı şəxs İstanbulda təşkil edilən yardım kampaniyasına qatılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, o, bölgəyə yardım apararkən qəzaya düşərək ölüb.
Cəlal Yalçın yardım yüklü kamyonetlə zəlzələ bölgəsinə getmək üçün yola düşüb.
Niğde-Mersin-Adana yolunda Cüneyt K-nın idarə etdiyi kamyonet TIR-a arxadan çırpılıb.
Qəzada Cəlal Yalçın ölüb, Cüneyt K. isə yaralanıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Aydın