Zəlzələ ən çox ona təsir etdi: Telefon kitabçamdan 100 nəfərin adını sildim

Zəlzələ ən çox ona təsir etdi: Telefon kitabçamdan 100 nəfərin adını sildim
DÜNYA
17:40 20.02.2023
267
Kahramanmaraşda zəlzələdə evi zədələnən Vəli Arslan adlı şəxs işlədiyi yerdə hazırladığı sendviç və şorbaları zəlzələdən zərərçəkənlərə paylayıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Vəli Arslan zəlzələ zamanı yaşadığı kabusdan danışıb.

Zəlzələdən sonra çoxlu qohum və tanışınlarını itirdiyini deyən Vəli Arslan zəlzələdə həyatını itirən 100-ə yaxın insanın əlaqə nömrəsini mobil telefonundan silməli olduğunu bildirib:

"Qohumlarımı itirdim, tanışlarım rəhmətə getdi. Telefon kitabçamdan 100 kontaktı sildim. Allah heç kimin başına belə bir şey gətirməsin. Allah dövlətimizdən, millətimizdən razı olsun”.

Zəlzələdə fərdi yaşayış evinin az da olsa, zədələndiyini deyən Vəli Arslan "Zəlzələ zamanı evdə idim. Bunu fəlakətli şəkildə hiss etdik. Səsi eşidən kimi anladım ki, zəlzələdir. Mən bütün uşaqlarımı bir yerə topladım, evdən çıxdıq, qiyamət kimi idi. Bizim fərdi evimizdə çox ziyan yoxdur, amma qonşularımızın evlərində çox ziyan var idi”, - deyə bildirib.
 
Aydın
OXŞAR XƏBƏRLƏR