Zəlzələ nəticəsində həyatını itirən məşhurlar - SİYAHI - VİDEO

MARAQLI
15:00 20.02.2023
595
Fevralın 6-da saat 04:17-də Türkiyənin 10 vilayətində zəlzələ baş verib. Son rəqəmlərə görə, zəlzələdə 41 mindən çox insan həyatını itirib.

AZXEBER.COM xəbər verir ki, ölənlər arasında məşhurlar və onların qohumları da var. 

Zəlzələdə həlak olan məşhurların adlarını təqdim edirik:

Sosial media fenomeni Taha Duymaz, bacısı Melek və Umut Duymaz ilə birlikdə zəlzələ nəticəsində Hatayda dünyasını dəyişib.

Aktrisa Emel Atici zəlzələ zamanı Adanada olub. O, qızı Hande Püryanla birlikdə dünyasını dəyişib.

"Kahtalı Miçe” kimi tanınan sənətçi Mustafa Aslan zəlzələ zamanı məmləkəti Adıyamanda olub. Sənət aləmində unudulmaz bəstələri ilə tanına Kahtalı Miçenin zəlzələ fəlakətində ailəsinin 25 üzvünü itirdiyi bildirilib.

Aktyor Orhan Aydın qızı Eylem Aydın və keçmiş həyat yoldaşı Elif Torun Önerenin Hatayda dağıntılar altında qalıb. Aydının keçmiş həyat yoldaşı sağ qalsa da, qızı Eyləmin cansız bədəni zəlzələdən 6 gün sonra tapılıb.

Hollandiyada yaşayan sənətçi Karsunun əmisi oğlu Tuna, əmisi Əziz və qardaşı qızı Araz, əmisi oğlu Aytül, əmisi Ayvaz və qardaşı oğulları Helin, Hira, Hazal və bibisi zəlzələdə həyatını itirib.

Aktrisa Çağrı Çıtanakın anası Nevber Yurdal Çıtanak Hatayda zəlzələ nəticəsində həyatını itirib.

Aydın Nuri
 

OXŞAR XƏBƏRLƏR