Kahramanmaraş zəlzələlərindən sonra çoxdan gözlənilən böyük İstanbul zəlzələsi üçün də proqnoz verilib. Mütəxəssislər yaxın və ya uzaq tarixdə İstanbul zəlzələsinin bir gün baş verəcəyini iddia edirlər.
Bu proqnozlardan sonra İBB sədri İmamoğlu İBB-nin 2000-ci ildən sonra tikilən binalarla bağlı aldığı yeni qərarı açıqlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 2000-ci ildən əvvəl tikilmiş strukturlara üstünlük verərək binaların araşdıracağını deyib.
İmamoğlu İstanbulda 2000-ci ildən sonra tikilən binaların da zəlzələyə davamlılıq testinə girə biləcəyini açıqlayıb.
İmamoğlu bununla bağlı istanbullulara müraciət edib:
"İstanbullulara çağırışımdır, gəlin riskli binaları araşdıraq. 1999-cu ildən əvvəl tikilən 107 min binadan indiyə qədər yalnız 29 mini araşdırmaya razı olub. Biz real mənzərəni görüb birlikdə həll yollarını tapmalıyıq".
Aydın