Zəlzələ qurbanlarının sayı 200-ü keçdi

DÜNYA
11:31 25.09.2013
941
Pakistanda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 208 nəfərə çatıb.

Yeraltı təkanlar Bəlucistan əyalətinin Avaran dairəsi daha çox zərər vurub.

Təbii fəlakət nəticəsində ən azı 373 nəfər yaralanıb, binaların 90%-i dağılıb.

Qeyd edək ki, sentyabrın 24-də gündüz saatlarında Pakistanın cənub-qərbində 7,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Avaran şəhərinin 66 km-liyində qeydə alınıb. Zəlzələ Kəraçidə, Hindistanın Heydərabad və Dehli şəhərlərində də hiss olunub. Təbii fəlakət nəticəsində Ərəbistan dənizində - Pakistanın Qvadar şəhəri yaxınlığında dənizdən ada üzə çıxıb.

OXŞAR XƏBƏRLƏR