Zəlzələ səbəbindən hava limanında uçuşlar dayandırılıb

Zəlzələ səbəbindən hava limanında uçuşlar dayandırılıb
DÜNYA
05:30 12.11.2026
79
İsrailin cənubunda baş verən zəlzələ ölkənin hava nəqliyyatında müvəqqəti fasiləyə səbəb olub. Eylat şəhəri yaxınlığında qeydə alınan yeraltı təkanlardan sonra Ramon hava limanında uçuşlar dayandırılıb.

Zəlzələnin maqnitudası 4,5 olub. Təhlükəsizlik məqsədilə hava limanındakı sərnişinlər təxliyə edilib, bir müddət sonra isə aeroport fəaliyyətini bərpa edib.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yayılmayıb. İlkin məlumatlara görə, hava limanında şüşə qırılması qeydə alınıb. Digər mümkün dağıntılar barədə isə açıqlama verilməyib.

İsrailin fövqəladə xidmətləri Eylatla yanaşı, ölkənin cənubundakı digər yaşayış məntəqələri, o cümlədən Beer-Şeva və Timna vadisi ərazisi üçün də zəlzələ təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

İsrail Geoloji Xidmətinin ilkin qiymətləndirməsinə əsasən, yeraltı təkanların episentri Sinay yarımadasının cənubunda, Taba yaxınlığında yerləşib. Zəlzələ ocağının təxminən 8 kilometr dərinlikdə olduğu bildirilib. Sonradan maqnitudanın 4,5 olduğu dəqiqləşdirilib.
 
///bakuws
OXŞAR XƏBƏRLƏR