Zəlzələ yollara da ziyan vurdu - Sürüşmə oldu

Zəlzələ yollara da ziyan vurdu - Sürüşmə oldu
SOSİAL
11:14 07.02.2019
3211
Fevral ayının 5-də gecə saatlarında Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələ nəticəsində avtomobil yollarının bəzi hissələrində yolların eni və uzunu boyu çatlar əmələ gəlib, sürüşmələr qeydə alınıb.

Avtomobil Yolları Dövlət Agentliyindən AZXEBER.COM-a verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-120-ci km-lik hisəsində 1-3 sm enində 5 yerdə çatlar yaranıb, Şamaxı-Pirqulu-Dəmirçi və Çuxuryurd-Qızmeydan-Pirbəyli avtomobil yollarında çatlar və sürüşmələr qeydə alınıb. Çatlar İsmayıllı-Muğanlı avtomobil yolunda da müşahidə olunur.

Hazırda Agentliyin əməkdaşları tərəfindən yollara baxış keçirilir, yollara dəymiş ziyan aktlaşdırılır.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR