Hatayda baş verən 6,4 bal gücündə zəlzələ ilə bağlı canlı yayımda yaxalanan və zəlzələ zamanı təşviş içində qaçmağa başlayan MHP Hatay millət vəkili Lütfi Kaşıkçı paylaşdığı video ilə tənqidlərə cavab verib.
AZXEBER.COM xəbər verir ki, millət vəkili Hatayın viranə vəziyyətini paylaşaraq, "Belə bir şəhərdən çıxdım. Vicdanınız qurusun. Rəbbim heç bir bəndəsini belə ağrı ilə imtahana çəkməsin", deyə cavab verib.
Qeyd edək ki, fevralın 20-də mərkəz Kahramanmaraş zəlzələlərinin böyük dağıntılara səbəb olduğu Hatayda daha iki zəlzələ baş verib. Saat 20.04-də Defne rayonunda 6.4 bal gücündə, 20.07-də isə Samandağ rayonunda 5.8 bal gücündə zəlzələ baş verib.
Ayşən