Mərkəzi Kahramanmaraş olan zəlzələlərdə həyatını itirən sosial media fenomeni Taha Duymaz ölümünün ikinci ildönümündə anası tərəfindən anılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 'Əsrin fəlakəti' olaraq bilinən zəlzələlərdə 3 uşağını itirən məşhur fenomenin anası Meryem Duymaz oğlu Tahanın onu necə sevdiyini tez-tez dilə gətirərək sosial şəbəkə hesabında ürəkağrıdan paylaşım edib.
Övladlarının fotosunu paylaşan Meryem Duymaz paylaşımında bu ifadələri işlədib:
"Günahsız övladlarım, ciyərlərim. 2 il necə yaşadım bilmirəm. Ürəyimdə sönməyəcək bir atəş qoyub getdiniz, övladlarım. Rəbbim məni axirətdə siziinlə bir araya gətirsin. Allah bütün kədərli ailələrə səbr versin. Bu ağrını təsvir etmək mümkün deyil. Allah düşmənimə belə ağrı yaşatmasın".
Qeyd edək ki, Hatayın Yayladağı rayonunda yaşayan və bişirdiyi yeməkləri sosial media hesabında paylaşaraq fenomenə çevrilən Taha Duymaz ilə bacısı və qardaşı fevralın 6-da baş verən zəlzələlərdə həyatını itirib.
Gülay