Türkiyənin basketbol milli komandasının üzvü Nilay Aydoğanın zəlzələ gecəsi nənəsi ilə çəkdirdiyi görüntülər dağıntılar arasından tapılan mobil telefondan çıxıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Aydoğanın Hatayda oynadığı oyundan sonra komanda ilə Ankaraya qayıtmadığı, nənəsi Hacer Aydoğana sürpriz etmək üçün anası və qardaşına xəbər vermədən Malatyaya getdiyi məlum olub.
Nilay Aydoğanın Malatyada zəlzələdən saatlar əvvəl nənəsi Hacer Aydoğan ilə söhbət edərkən çəkdiyi görüntülər dağıntılar arasında tapılan mobil telefonda ortaya çıxıb.
Qızının Malatyaya getdiyini bilmədiyini deyən Sevgi Aydoğan Nilayın fotolarına baxaraq ağlayıb.
Həmin fotoları təqdim edirik:
Aydın