Kahramanmaraşda baş verən zəlzələdən zərər çəkən Malatyadakı heç bir zərər görməyən bir binanın podratçısı Murat Kırma hiyləsini açıqlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, podratçı Murat Kırma Malatyada yeni tikilən binaların əksəriyyətinə ciddi ziyan dəysə də, inşa etdiyi binanın möhkəm olduğunu və binada heç bir cızıq olmadığını bildirib.
Kırma ilk növbədə podratçıların ofis əvəzinə iş başında gözləməsi, ustaların yanında qalmasının lazım olduğunu vurğulayıb:
"Beton tökülərkən, dəmirçi dəmiri birləşdirərkən, qəliblər yapışdirılarkən, usta suvaq çəkərkən mən onun yanında gözləyirdim. Mənim fikrimcə, ustanın işinə əməl edilsə, heç bir bina dağılmaz. Biz binanın möhkəm olmasını təmin etmək üçün vaxtında və nizamlı iş qurmuşduq”.
Zəlzələdən sonra tikdiyi binalarda heç bir cızıq olmadığına, hətta zəlzələdən əvvəl divarlara vurulan pəncərələrin belə qırılmadığına diqqət çəkən Kırma belə davam edib:
"İnşaatımız başlayandan bəri subpodratçı komandanın yanında idim. Binamda cuzi bir çat belə yoxdur. Zəlzələlərdən sonra Ekologiya və Şəhərsalma Nazirliyinin qrupu binanın zədəsiz olduğunu müəyyən etdi. Qurulan layihəyə uyğun olaraq hər şeyi etdik. Özümün 43 yaşı var, amma 20 ildir bu sahədə çalışıram. Məni aldatmaq mümkün deyil, ustaların başının üzərində duraraq özüm bütün prosesə nəzarət edirdim, yanlış olan bir prosesi yenidən icra edirdik”.
Ayşən