Çox sayda insanın həyatını itirdiyi Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra başlayan axtarış-xilasetmə işlərinə İsraildən başqa bir dəstək gəlib. İsrail Türkiyədəki işlərə mülki müdafiə vahidi xilasetmə birlikləri və bir çox xüsusi xilasetmə qrupları ilə qatılıb.
AZXEBER.COM xəbər verir ki, İsrail komandası araşdırmalardan sonra Türkiyədə çoxlu xatirələr toplayaraq ölkələrinə qayıdıb.
Xilasetmə bölməsinin komandiri Qolan Vaçın zəlzələdə dağıntılar altından çıxardığı uşağın əmisinin ona verdiyi türk lirəsinin hekayəsini danışıb.
"30 saatlıq mübarizənin sonunda tunelin sonunda bir uşaq gördük. Komandalar əlləri ilə uşağı örtən betonu təmizlədilər. Komandadakı dostlarımızdan biri 2 il əvvəl uşağını itirmişdi. Bu dostumuz əvvəlcə uşağın başını sığalladı və sakitləşməsinə kömək etdi. Ona mahnılar oxumağa başladı. Uşağı dağıntılar altından çıxarmaq prosesi başladı. Bu uzun xilasetmə prosesində uşaq həddindən artıq güclü idi. Nəhayət, balaca qızcığaz beton və dəmir qalaqların arasından çıxarıldı. Hamımızın gözündən yaş axdı.
Sözügedən dağıntı tunelindən çıxanda uşağın dayısı yanımıza gəlib bu pulu bizə verdi. Çox pul dəyəri yoxdur. Ancaq dayının izahatına görə; Yerli adətdə bu pul uşaq dünyaya gətirən qadına verilir. Ancaq doğuş çətin doğuşdursa, bu pulu doğum edən həkimə verirlər”.
Ayşən