Zəlzələdən istifadə edərək külli miqdarda oğurluq etdilər

Zəlzələdən istifadə edərək külli miqdarda oğurluq etdilər
DÜNYA
12:49 14.03.2023
192

Malatyada iki dağıdıcı zəlzələdən sonra bir-birini tanımayan 20 nəfər 3 ayrı telefon mağazasından pəncərələrini sındıraraq təxminən 5 milyon TL dəyərində cib telefonu və aksesuarları oğurlayıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər Malatyada da dağıntılara səbəb olub. Zəlzələlərdən sonra oğrular Kavaklıbağ rayonunda şüşələri sınmış cib telefonu satan 3 iş yerinə girib. Bir-birini tanımayan 20 nəfər iş yerlərindən 5 milyon TL dəyərində onlarla mobil telefon, telefon aksesuarları və təhlükəsizlik kamerası qeyd aparatı oğurlayıb. 

Biznes sahibləri məsələ ilə bağlı polisə şikayət edib.

Təhlükəsizlik kameralarına əks olunan görüntülərdə oğruların tək-tək və ya qrup halında şüşələri sındırılmış telefon mağazalarına girərək piştaxtalardan mobil telefon və aksessuarlarını oğurladıqları görünüb.

Ayşən

OXŞAR XƏBƏRLƏR