Yarışmada 1 milyon TL qazanan Arda: "Zəlzələdən sonra şkafın altında qalmışdım"

Yarışmada 1 milyon TL qazanan Arda: "Zəlzələdən sonra şkafın altında qalmışdım"
DÜNYA
15:20 09.02.2023
370
Zəlzələdən zərərçəkən, əvvəllər "Kim milyoner olmak ister?” verilişində 1 milyon TL-yə sahib olan Arda Aytən həmin hadisədən danışıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 2019-cu ildə qatıldığı "Kim milyoner olmak ister?” verilişinin qalibi olan Arda Aytən zəlzələ zamanı yaşadıqlarından danışıb. 

Sosial media hesabında zəlzələ zamanı və sonra yaşadıqlarını izah edən Arda Aytən bu ifadələri işlədib:

"Zəlzələ anı... Saat 04:00 radələrində yatmışdım. Gözümü açan kimi şkafın qapılarının üstümə düşdüyünü gördüm. Özümü qorumağa çalışaraq şkafa müqavimət göstərdim. Anam qapının ağzında məni çağırarkən şkafın altında qaldım. Qonşularımız gəldilər, şkafı qaldırdılar və məni onun altından çıxara bildilər. Üstümüzə nə tapırdıqsa geyindik. Çıxdıq”.

Zəlzələnin ilk günündə zəlzələdən zərərçəkənlər üçün hərəkətə keçdiklərini və həkim briqadası qurduqlarını deyən Aytən belə davam edib: "Hadisələri proqnozlaşdırmağa başlayanda mənim insanlara lazım olacağımı anladım. Qonşumuzu maşına mindirib təhlükəsiz yer tapmalarını söylədim. Onları xəstəxananın təcili yardım otağına qoyub içəri girdim. Tez reanimasiya otağına keçdim. Bir qrup yaratdıq. Təlimatçılarımızla birlikdə xəstələrə yardım etdik. Bu, ancaq müharibələrdə görünən bir şey idi. 

Ayşən
OXŞAR XƏBƏRLƏR