Zəlzələnin 212-ci saatında baş verən daha bir möcüzə: 77 yaşlı qadın dağıntılar altından sağ çıxarıldı

Zəlzələnin 212-ci saatında baş verən daha bir möcüzə: 77 yaşlı qadın dağıntılar altından sağ çıxarıldı
DÜNYA
10:36 15.02.2023
223
Episentri Kahramanmaraş olan dağıdıcı zəlzələnin 9-cu günündə daha bir möcüzə baş verib. Adıyamanda zəlzələnin 212-ci saatında Merve yaşayış binasının dağıntıları altından 77 yaşlı Fatma Güngör xilas edilib.

AZXEBER.COM xəbər verir ki, Kahramanmaraşda meydana gələn 7,7 və 7,6 bal gücündə zəlzələlər 9-cu günü geridə qoyub. Ötən həftə böyük dağıntılarda minlərlə vətəndaşın həyatını itirdiyi halda, 10 şəhərdə bir çox bina dağılıb. Axtarış-xilasetmə qrupları zəlzələnin ilk anından fədakarlıqla çalışsa da, bir çox möcüzələr baş verib.

"Əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərdən ən çox zərər görən vilayətlər arasında yer alan Adıyamanda dağılan binaların altında işlərin fasiləsiz davam etməsinə baxmayaraq, şəhərdən gələn son xəbərlər hər kəsi sevindirib.
 
Belə ki, Gölcük Gəmiqayırma Zavodu və jandarma qrupları 77 yaşlı Fatma Güngörü Ali Taş Məhəlləsindəki 7 mərtəbəli Merve Mənzilinin dağıntıları altından 212 saat sonra xilas edib.

Güngör alqışlarla dağıntılar altından çıxarılıb. Yaşlı qadın təcili yardıma çatdırılaraq xəstəxanaya aparılıb.
 
Mikayıl

 

 


OXŞAR XƏBƏRLƏR