Atası tərəfindən zəncirlənərək tövlədə qalmağa məcbur edilən qızın hazırda saxlanıldığı yer məlum olub.
Femida.az-ın İmişli Rayon Mərkəzi Xəstəxanasından əldə etdiyi məlumata görə, qız hazırda Şağan 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsində saxlanılır.
Qeyd edək ki, bu müəssisə yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulub və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərir.
Əlavə edək ki, xəbər ilk dəfə yayımlananda qızın 24 yaşı olduğu bildirilmişdi.