"Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək"

"Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək"
SİYASƏT
11:24 20.09.2022
821
Sentyabrın 16-da Özbəkistanın qədim şəhəri Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Çin Hindistan, Rusiya, Pakistan, Qazaxıstan, Özbəkistan və digər böyük iqtisadi-sənaye və investisiya potensiallarına malık ölkələrin rəhbərlərinin dəvət edildiyi bu sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edərək çıxış edib.

İlk növbədə, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı diqqətə çatdırıb ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Məlumdur ki, Şərq-Qərb nəqliyyat dəhlizi Çindən Türkiyəyə və eləcə də Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Şimal-Cənub Tranzit Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır.
 
Tarixən mühüm nəqliyyat qovşağı hesab olunan İpək Yolunun Azərbaycandan keçməsi ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu göstərir. Tarixi İpək Yolunun bərpası istiqamətində nəhəng qlobal təşəbbüsün mühüm həlqəsi kimi çıxış edən Azərbaycan təkcə tranzit ölkə kimi yox, eyni zamanda, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrin də təşəbbüskarı və icraçısı kimi çıxış edir. Ölkəmiz coğrafi və iqtisadi mövqeyinə görə xüsusi əhəmiyyət daşıyır və yalnız Şərqlə Qərb arasında qapı rolunda çıxış etmir, həmçinin Şimalla Cənubu da birləşdirən mühüm tranzit rolunu oynayır.
 
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsi nəqliyyat-logistika sahəsində də yeni reallıqlar yaratdı. Təbii ki, söhbət Zəngəzur dəhlizindən gedir. Bu dəhliz vasitəsilə Azərbaycandan Türkiyəyə daşınan yükləri qısa müddətdə Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaranacaq. Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək.

 
İşğaldan azad edilən ərazilərdə dəmir yolu infrastrukturunun yenidən qurulmasına və təzə xətlərin çəkilməsinə artıq start verilib. Hazırda Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması və Füzuli-Şuşa təzə dəmir yolu xəttinin inşası istiqamətində işlər davam edir.
 
Zəngəzur dəhlizi Azərbaycanın qovşaq rolu oynadığı Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əhəmiyyətli elementi kimi nəzərdən keçirilir. Bu mənada Prezident İlham Əliyevin ŞƏT-in Səmərqənd zirvəsində və ikitərəfli görüşlərdə Zəngəzur dəhlizi və 10 noyabr sənədinin tam icrasının vacibliyi məsələsini gündəmə gətirməsi təkcə Azərbaycanın maraqlarında olan məsələ deyil. Bu dəhlizin yaradılması Azərbaycan qədər ŞƏT dövlətlərinin də marağındadır. Lakin hər marağın həyata keçirilməsi üçün münbit siyasi, regional və beynəlxalq şərtlərin olması vacibdir. Yeni və daha səmərəli əməkdaşlıqların axtarışında olan ŞƏT ölkələri Zəngəzur dəhlizinin işləməsində öz faydalarının konkret çərçivəsini cızmalıdır. Bu faydalar isə o halda real olacaq ki, 10 noyabr 2020-ci il və ondan sonrakı razılaşmaların icrası naminə Ermənistana təzyiqlər göstərilsin. Burada Rusiya ilə bərabər ŞƏT-in ən iri güclərindən olan Çin və digər maraqlı dövlətlərdən gözləntilər var.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çıxışında Azərbaycanın Asiyadan Avropaya yükdaşımaların reallaşdığı Orta Dəhliz, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi ilə getdikcə artan yükdaşımaların reallaşması üçün yaratdığı infrastruktur barədə məlumat verib. Bildirib ki, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.

Həmçinin, dövlət başçısı qeyd edib ki, indi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq: "Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
 
Naftalan şəhər sakini Samir Qocayev
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Amerika Çinlə barışmaq istəyir
23:52 10.04.2025
Amerika Çinlə barışmaq istəyir
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində yeni sənəd qəbuluna start verilib
23:41 10.04.2025
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində yeni sənəd qəbuluna start verilib
KİV: Altı ölkə öz qoşunlarını Ukraynaya göndərə bilər
23:26 10.04.2025
KİV: Altı ölkə öz qoşunlarını Ukraynaya göndərə bilər
Qurgen Stepanyandan etiraf: Ermənistan vətəndaşları olan zabitlər sayca üstünlük təşkil edib
23:11 10.04.2025
Qurgen Stepanyandan etiraf: Ermənistan vətəndaşları olan zabitlər sayca üstünlük təşkil edib
Meyxanaçı Balaəli qəza törətdi
23:06 10.04.2025
Meyxanaçı Balaəli qəza törətdi
İdxal olunan mal piyi partiyasında uyğunsuzluq aşkarlandı - FOTO
22:52 10.04.2025
İdxal olunan mal piyi partiyasında uyğunsuzluq aşkarlandı - FOTO
Rusiyanın zərbələri nəticəsində Dneprdə 1 ölü, 5 yaralı, Nikopolda 13 yaralı var
22:41 10.04.2025
Rusiyanın zərbələri nəticəsində Dneprdə 1 ölü, 5 yaralı, Nikopolda 13 yaralı var
İranda bank işçisi məcburi hicab taxmayan qadına xidmət göstərməkdən imtina etdi
22:32 10.04.2025
İranda bank işçisi məcburi hicab taxmayan qadına xidmət göstərməkdən imtina etdi
Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir - Açıqlama
22:27 10.04.2025
Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir - Açıqlama
Suqovuşanda qadın bıçaqlandı - Şübhəli şəxs oğludur
22:11 10.04.2025
Suqovuşanda qadın bıçaqlandı - Şübhəli şəxs oğludur
Rəhman Mustafayev: Bakı və Moskva “Rus Evi” ilə əlaqədar vəziyyətlə bağlı dialoqu davam etdirir
22:03 10.04.2025
Rəhman Mustafayev: Bakı və Moskva “Rus Evi” ilə əlaqədar vəziyyətlə bağlı dialoqu davam etdirir
Təhsil İnstitutu olimpiada suallarında səhvlərin olması ilə bağlı iddialara aydınlıq gətirib
21:57 10.04.2025
Təhsil İnstitutu olimpiada suallarında səhvlərin olması ilə bağlı iddialara aydınlıq gətirib
Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
21:45 10.04.2025
Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
ABŞ-da xarici tələbələrin vizaları kütləvi şəkildə ləğv olunur
21:35 10.04.2025
ABŞ-da xarici tələbələrin vizaları kütləvi şəkildə ləğv olunur
Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim - MƏHKƏMƏ
21:27 10.04.2025
Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim - MƏHKƏMƏ
Qeyri-stabil hava şəraiti kənd təsərrüfatı məhsullarının QİYMƏTİNƏ TƏSİR EDƏCƏK?
21:12 10.04.2025
Qeyri-stabil hava şəraiti kənd təsərrüfatı məhsullarının QİYMƏTİNƏ TƏSİR EDƏCƏK?