"Zəngəzur dəhlizinin açılması tarixi zərurətdir"

"Zəngəzur dəhlizinin açılması tarixi zərurətdir"
SİYASƏT
11:45 18.06.2022
1176
Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da "Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Dövlət başçısı çıxışı zamanı qeyd edib ki, enerji bazarlarındakı vəziyyəti buraya əlavə etsək, bu vəziyyəti proqnozlaşdırmaq çətindir: "O, istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərsizliyə yol açır və bu, həmçinin istehsalçılar üçün də riskdir. Əgər kimsə neft və qaz istehsal edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar - istehsalçılara həqiqətdə bu, lazımdır. Azərbaycanın fəal iştirak etdiyi OPEC+ formatında səylər buna yönəlib. Bütün bunlar yeni çağırışlardır. Mənim indi dediklərim altı ay bundan əvvəl burada əyləşərək söylədiklərimdən tamamilə fərqlidir. Bu, onu göstərir ki, hər şey dəyişə bilər, hər şey dəyişir və heç nə sabit deyil".
"ATƏT-dən mandat alan Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etməyib. Ona görə də Azərbaycan Qarabağ münaqişəsini həll edəndən sonra Minsk qrupuna ehtiyac qalmayıb”. Cənab İlham Əliyev "Qlobal dünya düzəninə təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Minsk qrupunun üç həmsədrinin görüşünün mümkünsüzlüyünü hamı anlayır.
"Biz artıq Minsk qrupu həmsədrlərinin institutunun fəaliyyət göstərməyəcəyi ilə bağlı mesajlar almışıq. Onlar artıq təqaüd yaşına çatıblar. Beləliklə, mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq oyadır. Biz münaqişəni həll etdik. Minsk qrupu tərəfindən hazırlanan Madrid prinsipləri yerinə yetirilib. İndi biz Ermənistanla münasibətləri normallaşdırmaq yolları barədə düşünməliyik, sülh sazişi imzalamalıyıq”, - Azərbaycan Prezidenti vurğulayıb.
Cənab Prezident 44 günlük müharibədən sonra həm Ermənistana, həm digər güclərə mesajlar verib. Ən əsas mesaj da odur ki, Ermənistan Qarabağı unutmalı, "Qarabağ münaqişəsi" sözünü leksikonundan çıxarmalıdır. Prezidentin yaratdığı yeni siyasi mənzərə Ermənistanı küncə sıxışdırıb. Ermənistan nə qədər mübarizə aparmağa çalışsa da, bölgədə diqtəni Azərbaycan edir. Bizdə yaranan bu siyasi mənzərə tək qonşu dövlətlərin iqtisadi dividentlər qazanması üçün deyil, Ermənistanın özünün də qazancla çıxmasına şərait yaradır. Azərbaycan və Türkiyənin birlikdə imzaladığı Şuşa Bəyannaməsində altı dövlətin birgə fəaliyyətindən danışıldı.
Böyük Qarabağ Zəfərindən sonra regionda yeni geosiyasi və geostrateji vəziyyət yaranıb, proseslər sürətlə davam etməkdədir. Xüsusilə 10 noyabr Bəyanatına əsasən Zəngəzur dəhlizinin açılması Rusiya və Azərbaycan kimi siyasi və iqtisadi fəaliyyət istiqamətlərində güclü, etibarlı tərəfdaşlıq əlaqələri olan qonşu dövlətlərin strateji maraqlarına uyğundur. Zəngəzur dəhlizi Avrasiya məkanını bir-biri ilə birləşdirən çox mühüm kommunikasiya qovşağı olaraq Qafqazın və Mərkəzi Asiyanın qapısıdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur, indi türk dünyasının birləşməsi rolunu oynayacaq”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da "Qlobal dünya nizamına təhdidlər” mövzusunda 50 ölkədən yüksək səviyyəli nümayəndələrin iştirak etdiyi IX Qlobal Bakı Forumunda dövlətimizin başçısının çıxışı zaman səsləndirdiyi fikirlər fundamental və proqnozlaşdırılması mümkün olmayan, dəyişiklikləri fəsadlarla dolu fərqli dünyanın olacağı reallığı prizmasından və mövcud siyasi düzəndə həm Ermənistan hökuməti üçün, həm revanşist qruplaşmalar üçün, həm də məsələlərin fokus nöqtəsini geriyə aparmaq istəyən qüvvələr üçün aydın, praqmatik, üzərində ciddi düşünülməsini labüd edən zəruri məsələlərdir.
 
Naftalan şəhər sakini Faiq Rüstəmov

OXŞAR XƏBƏRLƏR