Zəngəzur dəhlizinin xəritəsi hazırlanıb

Zəngəzur dəhlizinin xəritəsi hazırlanıb
SİYASƏT
20:08 14.10.2025
153
"Azərbaycan Kartoqrafları" İctimai Birliyi Zəngəzur dəhlizinin xəritəsini hazırlayıb. Xəritənin altlığı yüksəkkeyfiyyətli kosmik şəkillər əsasında tərtib edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərbaycan Kartoqrafları" İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlama verib.

O deyib ki, xəritədə Azərbaycan, Ermənistan, İrandan müvafiq hissələr - yaşayış məntəqələri, yollar, çaylar, dağlar qeyd edilib.

Xəritədə, həmçinin Araz dəhlizi öz əksini tapıb. Kartoqrafik əsər Azərbaycan və ingilis dillərində hazırlanıb.
OXŞAR XƏBƏRLƏR