"Zəngəzur yallısı"nın təqdimat tarixi məlum oldu

"Zəngəzur yallısı"nın təqdimat tarixi məlum oldu
MAQAZİN
15:25 03.12.2025
134
Xəbər verdiyimiz kimi məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Zəngəzur yallısı” adlı yeni layihə üzərində çalışır.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, "Zəngəzur yallısı"nın təqdimat mərasimi dekabr ayının 22-də Nizami Kino mərkəzində baş tutacaq.

Təqdimat mərasimində deputatlar, səfirlər, iş və sənət adamları iştirak edəcək. 
 
Xatırladaq ki, sənətçinin yeni layihəsində Natiq ritm qrupu, Əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov, türkiyəli klarnet ifaçıları Serkan Çağrı, Hüsnü Şenlendirici və Bülent Altınbaş kimi ustad sənətkarlar biraraya gəlib.
 
Aysel Hacızadə

OXŞAR XƏBƏRLƏR