Zəngilan Hava Limanı beynəlxalq məkan indeksləri kataloquna daxil edildi

Zəngilan Hava Limanı beynəlxalq məkan indeksləri kataloquna daxil edildi
SOSİAL
21:03 27.01.2022
256
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi Qarabağda tikilməkdə olan Zəngilan Beynəlxalq Hava Limanına kod təyin edilməsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) müsbət rəy alıb.

AZXEBER.COM Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, hava limanına ICAO-nun dördhərfli "UBBZ” kodu təyin olunub. Bu barədə məlumat ICAO-nun "Məkan indeksləri)” (ICAO Doc 7910/182) nəşrinin 2022-ci il mart buraxılışında dərc olunaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq.

Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov İCAO-nun Qarabağın işğaldan azad olmuş daha bir şəhərinin etibarlı tərəfdaş olaraq tanımasını əhəmiyyətli hadisə kimi dəyərləndirib: "Zəngilan Beynəlxalq Hava Limanının beynəlxalq yer indeksləri kataloquna daxil etməsi hər birimizdə iftixar hissi yaradır. Qarabağ və Şərqi Zəngəzurda inşa edilən hava limanlarının bazasında yeni aviasiya qovşağı yaradılır. Qısa bir müddət ərzində Zəngilan Hava Limanı bölgənin nəqliyyat-tranzit kommunikasiya mərkəzlərindən birinə çevriləcək’’.

Qeyd edək ki, 2021-ci ilin aprel ayında inşasına başlanmış Zəngilan Hava Limanının tikilib istifadəyə verilməsi növbəti tarixi nailiyyət olaraq Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək. Eyni zamanda regionda böyük, müasir standartlara cavab verən logistik habın yaradılmasına töhfə vermiş olacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı