Parlament seçkilərinə sayılı günlər qalması ölkədəki bütün ictimai-siyasi proseslərin bu seçkilərə yönlənməsinə səbəb olub.
AZXEBER.COM-un cəmiyyətdə seçki əbu-havasını yüksəltmək, seçicilərin 1 noyabr seçkilərinə təşviq etmək üçün başlatdığı virtual səsvermə layihəsində dairələr üzrə gərgin mübarizə davam etməkdədir.
Demək olar ki, seçki təşviqatı başladığı gündən virtual səsvermədə seçici aktivliyi yüksək səviyyədədir. AZXEBER.COM olaraq, təşviqat müddətinin birtməsinə bir neçə gün qalmış bütün dairələr üzrə sonuncu nəticələri ictimaiyyətin diqqətinə çatdıracağıq.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsində də virtual səsvermədə çox gərgin mübarizə getməkdədir. Hazırki deputat İmamverdi Hüseynovun seçicilərinin azlığı bu dairə üzrə diqqət çəkir.
Deputatlığa namizəd Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov təşviqat kompaniyasını sosial şəbəkələrdə genişləndirməsi onun virtual səsvermə layihəsində seçiciləri tərəfindən böyük səs yığmasına nail olub. Hazırda DADP sədri rəqiblərini 44.79% səs çoxluğu ilə qabaqlayaraq liderliyi ələ alıb.
Virtual səsvermədə ikinci yeri MƏMMƏDOV QARA MƏHƏRRƏM oğlu tutub. O rəqibindən 400 səs çoxluğu ilə geridə qalıb. Səsvermədə üçüncü yeri isə hazırki deputat İSMAYILOV İMAMVERDİ İBİŞ oğlu tutub. O 318 səslə səsvermənin 16.56%-ni qazanıb.
Qeyd edək ki, virtual səsvermə 29 oktyabr tarixinə kimi davam edəcək.
Səsvermədə iştirak etmək istəyən seçicilər aşağıdakı linkə daxil ola bilərlər:
