Zərdab sakini həmyerlisini bıçaqlayıb

Zərdab sakini həmyerlisini bıçaqlayıb
HADİSƏ
21:38 20.08.2025
177
Zərdab rayonunun Qoşaoba kəndində həmkəndlilər arasında münaqişə bıçaqlanma ilə nəticələnib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, kənd sakini Mirzə Cəfərli mübahisə zəminində həmyerlisi Süleyman İsmayılova bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. M.Cəfərli isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR