Zərdabda avtomobil ağaca çırpılıb: Ölən və yaralananlar var

Zərdabda avtomobil ağaca çırpılıb: Ölən və yaralananlar var
SOSİAL
19:23 20.03.2023
143
Zərdab rayonunda avtomobil ağaca çırpılıb, ölən və yaralananlar var.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə martın 19-u saat 23 radələrində rayonun Gəndəbil kəndi ərazisində qeydə alınıb.


Belə ki, Ağdam rayon sakini İ.Ağayev idarə etdiyi "Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə avtomobilin sərnişinlərindən biri - Abşeron rayon sakini Z.Rəhimova xəstəxanaya aparılarkən yolda ölüb, sürücü və digər iki sərnişini xəstəxanaya yerləşdirilib.

Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR