Zərdabda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub.
AZXEBER.COM xəbər verir ki, Zərdab rayonunun Dəkkəoba kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Araşdırmalarla yanğının kənd sakini F.Rasulov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 1 hektar ərazidə quru ot və kol-kos yanıb.
Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.