Üzərinə beton plitə düşən gəncin sabah nişanı olacaqmış

Üzərinə beton plitə düşən gəncin sabah nişanı olacaqmış
SOSİAL
16:07 25.10.2024
1004
Şəmkirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

AZXEER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 13 radələrində rayonun Qədimqala kənd sakini 2000-ci il təvəllüdlü Anar Məşədiyevin yaşadığı evin həyətində üzərinə beton plitə düşüb. Nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

***

"Unikal"ın məlumatına görə, bədbəxt hadisə nəticəsində ölən gəncin sabah nişan mərasimi olacaqmış.
OXŞAR XƏBƏRLƏR