'Zestafoni' - 'Neftçi' oyunu canlı yayımlanmayacaq
İDMAN
13:20 24.07.2012
1985
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün Bakı vaxtı ilə saat 22:00-da, Gürcüstanın Zestafoni şəhərindəki David Abaşidze adına stadionda "Zestafoni" - "Neftçi" oyunu keçiriləcək. AZXEBER.COM-un AFFA-ya istinadən verdiyi məlumata görə, qarşılaşmanı adları aşağıda göstərilmiş hakimlər idarə edəcək: Baş hakim: Artyom Kuçin Baş hakimin köməkçiləri: Yevgeni Belski, Alibek Aubakirov Dördüncü hakim: Ruslan Duzmambetov (Hakimlər briqadası Qazaxıstandandır). Xatırladaq ki, bir həftə əvvəl Bakıda keçirilən ilk qarşılaşmada çempionumuz rəqibini 3:0 hesabı ilə məğlub etmişdi.Qeyd edək ki, "Zestafoni" - "Neftçi" oyunu canlı yayımlanmayacaq.