“Zəvvarlar Kəbədə” ilə trendə düşən Cəlal Karatürenin reklam qiyməti açıqlandı - VİDEO

“Zəvvarlar Kəbədə” ilə trendə düşən Cəlal Karatürenin reklam qiyməti açıqlandı - VİDEO
MAQAZİN
10:28 05.03.2026
262
Son günlər sosial media və video platformalarında ən çox müzakirə olunan adlardan biri olan Cəlal Karatürenin reklam gəliri məlum olub.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Zəvvarlar Kəbədə” adlı dini mahnısı ilə bütün musiqi platformalarında zirvəyə yüksələn və qlobal trendə düşən sənətçinin reklam qiyməti də diqqət çəkib. Belə ki, Karatürenin 1 dəqiqəlik reklam çarxının qiyməti 60 min türk lirəsi (təxminən 2300 manat) təşkil edir.

Qeyd edək ki, qısa müddətdə böyük populyarlıq qazanan Karatüre rəqəmsal platformalarda da ciddi gəlir əldə edir.
 
Məlumata görə, o, bir ay ərzində "YouTube" platformasında 20 milyon baxış ilə təxminən 15–20 min dollar, Spotify platformasında 10 milyon dinlənmə ilə təxminən 12–15 min dollar, Apple Music platformasında isə 2 milyon yayım ilə 8–11 min dollar gəlir əldə edib.

Bu rəqəmlərə əsasən, Karatürenin rəqəmsal platformalardan aylıq ümumi gəliri 40–70 min dollar arasında dəyişir. Bildirilir ki, qlobal yayımların artması ilə bu rəqəmin daha da yüksələcəyi gözlənilir.

Aysel

OXŞAR XƏBƏRLƏR