İranlı zəvvarları daşıyan sərnişin avtobusu İraqda hücuma məruz qalıb.
Hadisə Kərbəla-Kazımeyn magistralında baş verib. Nəticədə avtobusda yanğın baş verib, ancaq sərnişinlər hadisədən sağ qurtulmağı bacarıblar.
İranlı zəvvarların vəziyyətinin normal olduğu bildirilir.
Səfər İran Həcc və Ziyarət Təşkilatının xətti ilə həyata keçirilib.(apa)