Üzeyir: "Azərbaycandan kənarda da tanınmaq istəyirəm" - VİDEO

Üzeyir: "Azərbaycandan kənarda da tanınmaq istəyirəm" - VİDEO
MAQAZİN
18:55 26.04.2017
1082
Azərbaycanlı müğənni Üzeyir Mehdizadə Azərbaycandan kənarda tanınmaq niyyətindədir.
 
AZXEBER.COM-un məlumatına görə, "APA TV”-nin "Show time” verilişində qonaq olan ifaçı bildirib ki, bunun üçün artıq işlər görülməkdədir: "Bundan sonra məqsədim odur ki, məni Azərbaycandan kənarda da tanısınlar. Özü də mahnılarım orada Azərbaycan dilində eşidilsin. Ərəbistandan belə tanınmaq istəyirəm. Planda Orta Asiyada, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və bir sıra ölkələr var. Repertuarımda dəyişikliklər də olacaq. Bir yerdə qalsan, bezdirici olarsan” .
 
Qeyd edək ki, "Show time” verilişi həftənin çərşənbə axşamı saat 15:10-da "APA TV”-də Yalçın Uğurun təqdimatında yayımlanır. 
 

OXŞAR XƏBƏRLƏR