Üzeyir Mehdizadə:"Məni bəyənməyən 2-3 nəfərdir"

Üzeyir Mehdizadə:"Məni bəyənməyən 2-3 nəfərdir"
ŞOU-BİZNES
11:06 10.10.2011
1955
Müğənni Üzeyir Mehdizadə ANS-in “Xəbərin izində” verilişində açıqlamasında bildirib ki, onun söylədiyi meyxana stilində olan musiqi, hər bir kəsin sevdiyi və asanlıqla dinləməyi üçündür. Çünki ifa etdiyi həyatın real hadisələrindən, yaşanmış hisslərdən bəhs edir. Müğənni bu səbəbdən də insanların onun musiqisini bəyəndiyini bildirdi.
“Mən meyxananı müasirləşdirdim. İnsanlar üçün meyxananı asanlaşdırdım. Tamam başqa tərzdə və ritimdə təqdim etdim. İfa etdiyim mahnıların sözünü də, musiqisini də, oranjirovkasını da, səs yazmasını da, hər bir şeyini özüm yazıram. Deyirlər Üzeyir nə etdi? Hələ bütün bu dediklərimi hər bir kəs edə bilməz. İnsanlar məndən bunu istəyir. Mənim ifamda bir çoxunun yaşadığı hisslər səslənir. Onlar istəməsəydilər, mən ifamı dəyişərdim. Amma ki, 1 nəfərin fikriylə dəyişmərəm. Məni bəyənməyən 2-3 nəfərdir”, - deyə Ü.Mehdizadə bildirdi.
Üzeyir Mehdizadə öz ifaları ilə hətta bir az estrada stilinə də yaxınlaşdığını iddia etdi.
OXŞAR XƏBƏRLƏR