Üzeyir Mehdizadə solo konsert verməyə hazırlaşır Bu barədə məlumatı müğənninin mətbuat katibi verib. Onun sözlərinə görə, bir müddət Namiq Qaraçuxurlu və Hüseyn Dəryanın əldə etdiyləri populyarlığa indi Üzeyir sahibdir. Bu səbəbdən o, öz populyarlığını sübut etmək üçün solo konsert verəcək. Konsert 27 dekabrda Bakı İdman Sarayında baş tutacaq. “Mənə gəl” adlı konsert iki hissədən ibarət olacaq. Biletlər artıq satışdadır. “Konsertdə Röyaya bənzədilən xanım da Üzeyirlə birlikdə oxuyacaq”- deyə, Üzeyirin mətbuat katibi bildirib.