Gənc ifaçı Üzeyir Mehdizadə oriyental və “Qo-Qo” rəqs qrupuyla eyni səhnəni bölüşəcək.
AZXEBER.COM-un məlumatına görə, gənc ifaçının iyunun 22-də Nabranda “Palma” istirahət mərkəzində həm yeni albomunun təqdimatı olacaq, həm də konsert proqramıyla çıxış edəcək.
Konsertin təşkilatçısı Samir Xattab saytımıza açıqlamasında bildirib ki, Üzeyir Mehdizadə 2 saatlıq çıxışı zamanı tamaşçılara xoş anlar yaşatmağa çalışacaq.
Bundan başqa, konsertdə tanınmış Dj-lərin, xüsusiylə, “Show Rəhimli” verilişindən tanınan Dj Roshkanın da çıxışı olacaq.