Müğənni Üzeyir Mehdizadənin "YouTube” kanalı ölkə üzrə yeni rekorda imza atıb.
AZXEBER.COM xəbər verir ki, "Uzeyir Mehdizade Official” adlı kanal yutub platformasında 1 milyarddan çox baxış toplayıb.
2,06 milyon abunəçisi olan kanala bu günə kimi 311 video yerləşdirilib.
Qeyd edək ki, Ü.Mehdizadə 1992-ci il mayın 19-da anadan olub. Onun 10-dan çox albomu buraxılıb. Müğənni dünyanın bir çox ölkə və şəhərlərində konsertlər verib. Üzeyir Mehdizadə 2018-ci ildə ailə həyatı qurub.











































