Üzeyirin konsertində izdiham yaşandı - FOTOLAR

MAQAZİN
00:36 12.08.2013
8706

Avqustun 9-u Üzeyir Mehdizadə Lənkəran şəhərində Bayram konserti ilə çıxış edib.

AZXEBER.COM-un məlumatəna görə, konsert açıq havada keçirilsə də tamaşaçı olmaq istəyən daha 2000 nəfər içəri buraxılmayıb. Buna səbəb - konsertin keçirildiyi məkanın 1000 nəfər tamaşaçı tutumuna malik olması idi. Konsert meydanına düşə bilməyənlər Üzeyiri istirahət mərkəzinin ətrafından izləməli olublar. Şahidlərin dediyinə görə, bu cür möhtəşəm izdihamlı konserti lənkəranlılar çoxdandır ki görməmişdilər.

Solo konserti zamanı Mehdizadə səhnəni DJ Roshka, meyxanaçı Bəhruz və yumorist Raminlə bölüb.

Lənkəranlıları cuşa gətirən, gecəni şouya çevirən isə Azərbaycanın məşhur teleaparıcısı Novruz İsmayıl olub. Həmin konsertdən çəkilən fotoşəkilləri sizə də təqdim edirik:

OXŞAR XƏBƏRLƏR