Zeynəb Xanlarova: "Mənim bir millətim, bir dövlətim var".
Siyasət
rusların "nə balıq, nə ət” misalını sevmir. Əgər balıqsansa suda, ətsənsə
quruda olmalısan. Və sona kimi bu mövqeydə durmalısan. Səbəb nə olursa olsun. Bax
o zaman Tetçer kimi dünya sənə də "Dəmir
ledi” ismini verər.
Ötən gün xəbəri yayılan xalq atisti Zeynəb Xanlarova ilə keçmiş həmkarı
Milli Şuranın üzvü Gültəkin Hacıbəyli görüşünə belə bir giriş yaraşardı. Düzdür, bu hadisə ölkə ictimaiyyəti üçün müğənnilərin "qarderoblar”ından
daha maraqsız görünsə də, əslində çox önəmli hadisədir. Səbəbi isə lakonikdir. Axı Heydər Əliyevin
siyasi kursunun layiqli təmsilçisi olduğunu hər zaman dilə gətirən xalq
artistinin, vaxtıykən İlham Əliyevin seçki kampaniyasında gözə girmək üçün çıxışlara
yalvar-yaxarla yazılan, deputat seçilməyəndən sonra isə ilk dayanacağı Əli Kərimlinin
yanında olan Gültəkin Hacıbəyli ilə görüşü nəyə və kimə lazım idi? Təbii ki,
bir-birinə zidd iki siyasi baxışı olan xanımın görüşü iki buz parçasının eyni
anda toqquşmasına və bu toqquşmadan yaranan
sel fəlakətini xatırlatdı.
Xalq
artistinə bu görüşlə bağlı veriləcək çoxlu suallar var idi. Ünvanladıq, o da öz
növbəsində cavabları ilə bütün bu məsələlərə
aydınlıq gətirdi.
"Mən hamıyla görüşə bilərəm. Mən xalqın sənətkarıyam. Hər kəs məni sevir, sayğı duyur. Mənim bir dövlətim, bir millətim var. O qızı (red: Gültəkin Hacıbəyli) mən tələbə vaxtından tanıyıram. Hər zaman mənimlə gəlib salamlaşıb, görüşüb. Münasibətimiz olub vaxtı ilə. Mən hazırda parlamentdə təmsil olunmayan keçmiş millət vəkilləri ilə də görüşürəm. Gültəkinin mövqeyinə gəldikdə isə, bunun mənə aidiyyatı yoxdur. Bu onun öz mövqeyidir, mənimsə mövqeyim hər kəsə bəllidir. Uzaq tarix deyil. Vaxtıykən bəziləri Heydər Əliyevi xəstəxanada ziyarətə getməyə qorxanda mən ulu öndəri ziyarət üçün Moskvaya getmişdim. Mən bu günə kimi ulu öndərin siyasi kursunu davam etdirmişəm. Bu gün də ölkə başçısı İlham Əliyevi dəstəkləyirəm".
Bəs vaxtıykən İlham Əliyevi dəstəklədiyini bütün tribunalardan bar-bar bağıran, deputat seçilməyəndən sonra İlham Əliyevin ən radikal "tənqidçisinə” çevrilən siyasi oyunbazlıqları ilə hər kəsin tanıdığı Gültəkin Hacıbəyli ilə görüş Zeynəb xanıma nə qazandırdı? Bu suala xalq artisti yenidən öz tərzində cavab verdi. O, hər kəslə görüşə biləcəyi gerçəkliyini bir daha dilə gətirdi:
"Mənim
siyasi görüşüm bəllidir. Sona kimi Heydər Əliyev kursunu dəstəkləmişəm, buna
davam da edəcəm. Gültəkin Hacıbəyli ilə sadəcə salamlaşmışam. Yazıldığı kimi geniş
müzakirəmiz olmayıb. Onu mən çoxdan tanıyıram”.
Zeynəb
xanımın cavabları qarşısında yalnız bir məqam qaranlıq qaldı. Tələbə
vaxtından tanıdığı, gözünün önündə böyüdüyünü deyən Gültəkin Hacıbəyliyə tutduğu mövqeyi ilə bağlı bir böyük
kimi öz iradını bildiribmi?
"Mənə öz mövqeyim maraqlıdır. Hamının öz siyasi görüşü ola bilər. Bu münasibət Gültəkin Hacıbəylinin münasibətidir, Zeynəb Xanlarovanın deyil”.