Zeynep Bastik İstanbulu niyə tərk etdiyini AÇIQLADI

Zeynep Bastik İstanbulu niyə tərk etdiyini AÇIQLADI
MAQAZİN
00:05 23.06.2023
774
Zeynep Bastik İstanbulu tərk edərək Urlada yaşamağa başlayıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, qonağı olduğu "YouTube” proqramında yeni həyatından danışan məşhur pop müğənnisi beş min kvadratmetrlik torpaq sahəsi aldığı iddiasına cavab verib və İstanbulu tərk etməsinin səbəbini açıqlayıb.

Bastik Kahramanmaraşda baş verən zəlzələlərdən sonra köçmə qərarı ilə diqqət çəkib və Urlada rahat bir həyat qurduğunu açıqlayıb.

İstanbulu hələ də çox sevdiyini deyən Bastik zəlzələdən sonra yaşadığı narahatlıq və sıx şəhər həyatının yaratdığı klostrofobiya səbəbindən köçməyə qərar verdiyini bildirib. Özünə dinclik verən məkan axtaran müğənni Urlaya üstünlük verdiyini və burada gözəl həyat qurduğunu bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR