Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən "Zeytun Pharmaceuticals” MMC barəsində inzibati xəta protokolu tərtib edilib.
Bu barədə AZXEBER.COM-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, şirkət dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiqlənmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha qiymətə satıb.
Qeyd olunan fakt "Dərman vasitələri haqqında” Qanunun 4.7-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilib.