Zibil maşının nömrəsi görənləri heyrətləndirdi

SOSİAL
14:20 25.05.2016
13110
Sosial şəbəkədə zibil daşıyan maşının fotosu yayılıb.
Naxçıvanda çəkildiyi güman edilən zibil maşınının nömrəsi böyük marağa səbəb olub.
Maşınının üzərindəki "85-AD-999" dövlət nömrə nişanı kifayət qədər bahadır.
10 min manatdan baha olduğu güman edilən nömrənin zibil maşınının üzərində olması bir sıra sualların yaranmasına səbəb olub. Sosial şəbəkədə istifadəçilərin bəziləri bu vəziyyətə zarafatla reaksiya verib. Çoxları maşının sürücüsünün nömrəni satıb yeni biznes qura biləcəyini söyləyib.
///baku.ws

OXŞAR XƏBƏRLƏR