Zidan: "Penalti barədə fikir bildirə bilmərəm"

Zidan: "Penalti barədə fikir bildirə bilmərəm"
İDMAN
16:35 27.02.2017
984

 

İspaniya çempionatında keçirilən "Villarreal" - "Real" matçı qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb 2-3.

Madridlilərin çalışdırıcısı Zidan qələbəni belə şərh edib:

"Hesab 2:0 olarkən biz nəyisə dəyişdirməliydik. Dediyim kimi etdik və bu bizim işimizə yaradı. Bu dəyişiklikləri meydanın rəqibə aid olan hissəsində daha çox təzyiq göstərmək üçün etdik. "Villarreal"ın ev matçlarında çox yaxşı oynadığını bilirdik. Ancaq biz səbrli olmalıydıq. Dəyişikliklər edərək oyunu öz xeyrimizə dəyişməyi bacardıq. İlk yerdə qərarlaşmaq üçün bu oyunda 3 xal əldə etmək bizim üçün çox vacib idi. Penalti epizodu zamanı oyunçular əllə oyunun olduğunu söylədilər. Mən bu haqda fikir bildirə bilmərəm, çünki epizoddan uzaqda idim və hakimlərin qərarlarına qarışmıram. Hakim sadəcə penalti qərarı verdi və bu qədər. Biz oyun ərzində daha çox qol şansları yaratdıq və nəticədə evə 3 xalla geri dönürük. Belə bir oyunda qalib gəldiyimiz üçün xoşbəxtik". 

/// goal.az
OXŞAR XƏBƏRLƏR