Özil siyasətə qoşuldu - Ərdoğanın partiyasına qatıldı

Özil siyasətə qoşuldu - Ərdoğanın partiyasına qatıldı
DÜNYA
09:46 03.03.2025
264
Almaniya millisinin və "Real Madrid" klubunun sabiq futbolçusu Mesut Özil futbol karyerasından sonra siyasətə qədəm qoyub.

AZXEBER.COM xəbər verir ki, 36 yaşlı keçmiş yarımmüdafiəçi Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasına (AKP) qoşulub. O, Ankarada keçirilən konqresdə partiyanın Mərkəzi Qərar və İcraiyyə Komitəsinə seçilib.

Özil Almaniya millisində çıxış etsə də, türk kökənlidir və illərdir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəkçilərindən biri kimi tanınır. 2018-ci ildə o, İlkan Gündoğan ilə birlikdə Ərdoğanla görüşmüş və bu, Almaniya Futbol Federasiyası tərəfindən tənqid olunmuşdu. Həmin il Özil Almaniya millisindən ayrılaraq federasiyanı irqçilikdə ittiham etmişdi.

Qeyd edək ki, Özil 2019-cu ildə keçmiş "Miss Turkey" Amine Gülşe ilə evlənmiş və toyunda Rəcəb Tayyib Ərdoğan nikah şahidi olmuşdu.
OXŞAR XƏBƏRLƏR