AZXEBER.COM xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" komandasını qəbul edib.
Sumqayıt şəhər stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.
32-ci dəqiqədə Ruan Renato hesabı açıb. 48-ci dəqiqədə David Volkov fərqi iki topa çatdırıb. 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Renato dubl müəllifi olub.











































