“Zirə” niderlandlı hücumçu ilə anlaşdı

“Zirə” niderlandlı hücumçu ilə anlaşdı
İDMAN
19:20 16.07.2021
1190
"Zirə” klubu yeni futbolçu ilə anlaşıb. 

Bununla bağlı klubun rəsmi saytı məlumat yayıb. 

Bildirilib ki, paytaxt klubu niderlandlı Mohamed Hamdoui ilə iki illik müqavilə bağlayıb.

Qeyd edək ki, 28 yaşlı futbolçunun son klubu ölkəsinin "De Qrafshap” klubu olub. O, həmçinin, "Vittes”, "Dordrext” və "Tvente” klublarında da çıxış edib.
OXŞAR XƏBƏRLƏR