UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Zirə" səfərdə Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşıb.
AZXEBER.COM xəbər verir ki, "Opus Arena"da baş tutan matç heç-heçə ilə yekunlaşıb.
Görüşdə hesabı meydan sahiblərindən 39-cu dəqiqədə Anton Matkoviç açıb. Qarşılaşmanın sonuna əlavə olunan dəqiqələrdə isə Bakı klubu məğlubiyyətdən xilas olub. Rafael Utziq dəqiq zərbə ilə bərabərliyi təmin edib.
Matç başa çatıb.